İngiltərə Premyer Liqasında XVIII turun növbəti oyunları keçirilib.
Modern.az xəbər verir ki, “Çelsi” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Yunayted” də azarkeşlərini sevindirə bilməyib. Ruben Amorimin başçılıq etdiyi komanda səfərdə “Vulverhempton”a uduzub - 0:2.
“Çelsi” hazırda 35 xalla turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb. “Mançester Yunayted” isə 22 xalla 14-cü yerdədir.