AZ

Parisdə xarici diplomatlar Azərbaycanın UNESCO-dakı nümayəndəliyini ziyarət edərək başsağlığı veriblər

Fransanın paytaxtı Parisdəki səfirlər, habelə UNESCO-dakı daimi nümayəndələr və diplomatlar AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycanın mədəniyyət təşkilatındakı daimi nümayəndəliyini ziyarət edərək başsağlığı kitabına ürək sözlərini yazıblar.

“Far.Az” xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

“Səfirlər, daimi nümayəndələr və diplomatlar 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğrayan, insan tələfatı və xəsarətlərlə nəticələnən “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli reysinin qurbanlarının xatirəsini yad etmək üçün Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək başsağlığı kitabına ürək sözlərini yazıblar”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
25
2
far.az

3Mənbələr