"Mançester Yunayted"in futbolçusu Brunu Fernandeş komandasının son 16 ildə bir mövsümə ən çox qırmızı vərəqə alan oyunçusu olub.
Fanat.Az xəbər verir ki, o, cari mövsüm İngiltərə Premyer Liqasında üçüncü dəfə meydandan qovulub.
Portuqaliyalı yarımmüdafiəçi XVIII tur çərçivəsində bu gün baş tutan qarşılaşmada - "Vulverhempton"la matçda iki sarı vərəqə görüb.
Sonuncu dəfə "qırmızı şeytanlar"ın heyətində 2008-ci ildə Nemanya Vidiç bir mövsüm ərzində üç dəfə "qırmızı" almışdı.