"Vest Hem"in qapıçısı Lukas Fabianski zədələnib.
QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 18-ci turunda "Sauthempton"la görüşdə sıradan çıxıb. 39 yaşlı qolkiper 28-ci dəqiqədə rəqib futbolçu Natan Vuudla toqquşub və başından zərbə alıb.
Qapıçı xəstəxanaya aparılıb. Onun durumunda tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, bu matçda "Vest Hem" 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Fabianski cari mövsüm 13 oyuna çıxıb. O, bir neçə nəhəng klubun maraq dairəsindədir.