AZ

Tələb edirik ki...

Dəyərlərimizi LGBT ilə murdarlaya bilmərik, çünki Avropada normal sayılan əcaib əməllər  bizdə anormaldır

Ölkəmizin düşmənləri özəl milli dəyərlərimizi sarsıtmaq, ailə ənənələrimizi dağıtmaq üçün “insan hüquqları” pərdəsi arxasında öz əxlaqsızlıqlarını bizə də qəbul etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, kişinin kişi ilə evliliyi, qadınların sevgili olması (lezbiankalıq), cinsiyyətlərini dəyişmələri, geylik, mavilik, qadınların və kişilərin az qala küçələrə lüt  çıxmaları və s. Bizdə belə şeylərə ən yumşaq ifadə ilə tərbiyəsizlik, pozğun məişət tərzi, namussuzluq, qurumsaqlıq və  şərəfsizlik də deyirlər. Ona görə də Azərbaycan hakimiyyəti cəmiyyətimizə tamamilə yad olan belə normalarıı qətiyyətlə rədd edir. Min illərlə davam edən abırlı ailə münasibətlərimizi kimlərinsə axmaq iddiaları ilə dəyişdirə bilmərik. Onları bizə yüngülbeyin avropalılar deyil, uzaqgörən aqil ata-babalarımız əmanət ediblər. Azərbaycanın imtinasından əsəbiləşən Avropa Parlamentinin sərsəm deputatları bu barədə sənəd də qəbul ediblər. Həmin kağız parçasında  deyilir ki, “2023-cü ildən Azərbaycan hakimiyyəti  LGBTİ+ icmasına qarşı sistemli repressiyalarla məşğuldur”.  

Aşkar görünür ki, hücumlar getdikcə intensiv şəkil alır, barəmizdəki qondarma şantal və böhtanların sayı artır. Belə çıxır ki, hətta ailəmizdə belə biz bunların səfeh fikirləri və təzyiqi ilə oturub-durmalıyıq. Əcəb məntiqdir, deyilmi? Avropa Şurası Parlament Assambleyasının LGBT nümayəndələrinin hüquqları üzrə məruzəçisi, belçikalı deputat Kristof Lakroix Azərbaycanda bu kateqoriyadan olan şəxslərlə bağlı narahatlığını bildirib: “Azərbaycanda LGBT şəxslərin və onların hüquqlarını müdafiə edən fəalların növbəti dəfə polis əməkdaşlarının hədəfinə çevrilməsi ilə bağlı yeni xəbərlər məni dərindən narahat edir”, - Lakroix bildirib. 

Bundan soruşan yoxdur ki, sən kimsən axı, narahat olursan? Səni kim özünə vəkil edib? Heç milyon il əvvəlki mağara adamları da sizin kimi iyrənc həyat  normaları ilə yaşamayıblar. Bizim yaxın qoymadığımız həyat tərzini həyasızlıqla qəbul etdirə bilməzsiniz. Budurmu sizin üfürüb-şişirtdiyiniz Avropa mədəniyyəti? Bəyəm siz qoçu-zadsınız?

Görəsən, cənab Lakroix deyə bilərmi ki, Azərbaycanda LĞBT kimi anormalları neçə nəfər müdafiə edib? Axı, belə fakt Azərbaycanda yerli-dibli yoxdur və əgər varsa da çox cüzidir, xarakterik deyil. Bəyəm bu adamların öz ölkələrində problemlər yoxdurmu?

Azərbaycana qərəzli münasibəti şübhə doğurmayan Avropa Parlamentinin bir sıra deputatları da cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edib. Həyasızlaşmış bir qrup başdanxarab az qala ailələrimizin içərisinə girməyə çalışırlar. Bu “ağıllılar” hələ də anlamaq istəmirlər ki, xalqların milli mentalitetinə toxunmaqla onların nifrətini qazanacaqlar. Avropa Parlamenti bir müddət əvvəl Avropa İttifaqını “LGBT-nin azad zonası” elan edib. Bu, onların öz işidir. İstəyirlər lap cinsi azlıqlardan özlərinə prezident seçsinlər. Yeri gəlmişkən, xatırladaq ki, tarixçilər makedoniyalı İskəndərin, Fransa imperatoru Napoleon Bonapartın və bəzi başqalarının cinsi azlıqlardan olmalarına işarə ediblər.

Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cür barışa bilməyən dairələrin LGBT kampaniyası əvvəlkilər kimi iflasa məhkumdur. Quduzlaşmış Avropa Parlamenti təkcə LGBT-ni yox, separatçı əməllərinə görə həbsdə saxlanan 23 nəfər erməninin məsələsini də müzakirə edib. Onların azadlığa buraxılmasını tələb edib. Amma AP canfəşanlıqla verdiyi yanlış qərarı bizə qəbul etdirə bilməz. Bu, ilk növbədə milli dəyərlərimizə toxunan bir məsələdir.

Belə anormallığa qarşı çıxmaqda  biz tək deyilik. ABŞ-ın yeni seçilmiş Prezidenti  Dnald Tramp çağırış edib ki, LĞBT bizim bütün leksikonumuzdan çıxmalıdır. Qadın qadındır, kişi də kişi.

Tamamilə doğrudur və bu, mübahisə mövzusu ola bilməz. Amma yəqin ki, ABŞ Prezidentinin belə yanaşması kişi şərəfini və heysiyyatını hərracda satan avropalılarda dərin təəssüf  və qəzəb doğurub.

Bunlar o deməkdir ki, hətta Avropanın elitasından sayılan bu adamlar xalqların milli dəyərlərini tapdalayıb əzmək və əvəzində özlərinin iyrənc əməllərini sırımaq istəyirlər.  Mavi rəng çoxlarının xoşuna gəlr. Amma indi "mavi" deyəndə yada hansı kişininsə kişi sevgilisi düşür. Bəziləri Avropanın hazırda LGBT-nin təsiri altında olduğunu, liberalizm ideologiyasının LGBT-nin təsiri altında qaldığını göstərmək istəyirlər. Avropa artıq LGTB-nin tam əsarəti altındadır. Çünki LGBT təkcə bir hakimiyyət üçün təhlükə yaradan virus deyil, bu, bütün cəmiyyətlərə, insanlığa, ölkələrə və xalqlara təhlükə yaradan bir bəladır.

Qonşu Gürcüstanda LGBT-nin fəaliyyəti, təbliğatı və reklamı qanunla qadağan olunub. Azərbaycanda da analoji olaraq LGBT-nin fəaliyyətinin, təbliğinin və reklamının qadağan olunması barədə qanun qəbul etməli, ailə və milli dəyərləri sarsıdan bu bəladan xilası, cəmiyyətin mühafizəsi üçün daha ciddi addımlar atılmalıdır. Qərbin necə reaksiya verəcəyinə məhəl qoymadan bu işi tezliklə reallaşdırmaq lazımdır. Qərb çalışır ki dövlətin dayaqlarına ciddi təhdid yaradan halların geniş əl-qol açmasına nail olsun. Buna isə qətiyyən yol vermək olmaz.  LGBT icmasının Azərbaycanda diskriminasiyasından narahat olan Avropa Parlamentinin deputatları yəqin ki, Ermənistanda cinsi azlıqların, cinsi orientasiyasını dəyişənlərin qəddar şəkildə qətlə yetirilməsindən məlumatsız deyillər. Eləcə də Gürcüstanda belə halların mütəmadi baş verdiyinin üzərindən sükutla keçirlər. Ancaq Azərbaycanda tək-tük belə şəxslərin özlərini sərbəst hiss etmələrinə Avropa Parlamenti tərəfindən  nədənsə tərsinə izah verilir və fantaziyalar uydururlar. Avropanın heysiyyatını çoxdan itirmiş məmurlarının danışıqlarına fikir verməməli, cəmiyyətimizi  bu cür yoluxucu xəstəliklərdən qorumalıyıq.  Azərbaycan LGBT-yə qarşı sərt addımlar atmalı, həmçinin bu xəstəliyin müalicəsi üçün məcburi reabilitasiya mərkəzləri yaratmalıdır. Lakin bu, bir xəstəlikdir və şükürlər olsun ki, ölkəmizdə onların sayı barmaqla sayılacaq qədərdir və kütləvi  xarakter daşımır. Azərbaycan cəmiyyətində qeyri-sağlam mühitin yaradılmasına səy edənlərin də, bunu dəstəkləyənlərin də qarşısı qətiyyətlə alınmalıdır. Milli mentalitetimizə əl uzadanlar qanunlarımızın tələbi ilə ram edilməlidirlər. Ram olmazlarsa xüsusi təyinatlı xəstəxanalara müalicəyə göndərilməlidirlər.

Qoy avropalılar  nə oyunlardan çıxırlarsa-çıxsınlar. Biz onların daxili işlərinə qarışa bilmərik. Ancaq onlar da özlərini gerizəkalı aparmamalı, burunlarını bizim və digər xalqların ailə-məişət məsələlərinə soxmamalıdırlar. Azərbaycanın mövqeyi belədir. Onların cəmiyyətində qəbul edilən çirkin davranışların və anormal həyat tərzlərinin bizə heç bir dəxli yoxdur. Bununla bərabər, tələb edirik ki, qoy onlar bizim daha üstün olan əxlaq kodeksimizi və adət-ənələrimizi qəbul etsinlər. Qəbul edərsinizmi, cənab Kristof?

Vəli İlyasov, “İki sahil”

Seçilən
34
ikisahil.az

1Mənbələr