AZ

Avrasiya İqtisadi İttifaqının sammitində Lukaşenko və Paşinyan arasında dava düşdü

Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı Ermənistan nümayəndə heyətinin 2025-ci ilin may ayında Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının növbəti iclasında hansı formatda iştirak edəcəyi barədə mübahisə ediblər.

Cari tədbirə videobağlantı vasitəsilə qoşulan Nikol Paşinyan bildirib ki, Aİİ-nin növbəti iclasında Ermənistan nümayəndə heyəti videobağlantı vasitəsilə iştirak edəcək. “Sizin probleminiz nədir? Minskdən nə qədər məsafə var? Sizi mindirəcək kimsə yoxmu? Lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik”, – deyə Aleksandr Lukaşenko bildirib.

Ermənistanın baş naziri deyib ki, o, artıq bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb və əlavə edib ki, hazırda bu mövzunu müzakirə etməyi düzgün hesab etmir.

Aleksandr Lukaşenko deyib: “Biz sizin müraciətinizə baxacağıq”.

“Nəyə baxcaqsınız? Mənim müraciətim baxılmaq üçün deyil” – deyə Paşinyan cavab verib. “Biz buna baxacağıq. Bəlkə televizor olmayacaq , siz onlayna qoşulasınız”, – deyə Belarus prezidenti öz fikrini açıqlayıb.

Qeyd edək ki, dekabrın 25-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti keçirilib. Nikol Paşinyan COVID-19 üçün testin müsbət çıxdığını əsas gətirərək görüşdən kənarda qalıb. Sonradan onun Aİİ sammitinə də gəlməyəcəyi məlum olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
1
editor.az

2Mənbələr