Bakı. Trend:
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburqdadekabrın 20-də baş verən qanlı hadisə nəticəsində xəsarət alan 70nəfər hələ də şəhərin universitet xəstəxanasında müalicəolunur.
Trend"Tagesschau"ya istinadla xəbər verir ki, zərərçəkənlərin həyatitəhlükəsi yoxdur. Hadisədən sonra xəstəxanaya yerləşdirilən 72nəfərdən 15-nin vəziyyəti əvvəlcə ağır idi, lakin bir həftə ərzindəonların durumu sabitləşib.
Xatırladaq ki, dekabrın 20-də əslən Səudiyyə Ərəbistanından olan50 yaşlı Taleb al-Abdelmohsen BMW X3 markalı avtomobili iləMaqdeburq Milad bazarındakı izdihama hücum edib. Hücum zamanıavtomobil yarmarkada 400 metr məsafədə hərəkət edərək qarşısınaçıxan insanları vurub. Hadisə nəticəsində 5 nəfər, o cümlədən dördqadın və bir uşaq həlak olub, 230 nəfər yaralanıb.
Saksoniya-Anhalt əyalətinin Daxili İşlər Nazirliyi təhlükəsizliktədbirlərində nöqsanların olması ehtimalını araşdırır. Nazirlikbildirib ki, hadisə zamanı Milad bazarının mühafizəsi üçün nəzərdətutulan polis avtomobilinin təyin edilmiş yerdə olmadığı barədəməlumatlar doğrudur. Bu məsələ ilə bağlı şəhər polisinə qarşıittihamlar irəli sürülüb. Araşdırmanın nəticələrinə əsasən bütünsuallara aydınlıq gətiriləcək.