AZ

Elektron satınalmalar 3 dəfə artıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının təşkili zamanı büdcə xərclərinə qənaət, satınalma prosesində obyektivliyin gerçəkləşdirilməsi, təkliflərin qiymətləndirilməsində şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl olunması ilə rəqabətədavamlı iqtisadiyyatın inkişafına yönələn tədbirləri davam etdirir.

Dövlət Xidmətinin məlumatına görə, ölkədə dövlət satınalmaları sisteminin məxfi satınalmalar istisna olmaqla elektronlaşdırılması nəticəsində cari ilin yanvar–noyabr aylarında rəqabətliyin və hesabatlığın artırılması istiqamətində müsbət nəticələr əldə olunub. Hesabat dövrü ərzində elektron satınalmaların həcmi 3 milyon 511 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1 milyon 267 min manat) ilə müqayisədə 3 dəfəyədək artım qeydə alınıb.

Cari il ərzində elektron satınalmalarda qənaət edilən dövlət vəsaitlərinin məbləği 560 milyon manata yüksəlib. Bu nəticələr dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsi hesabına əldə olunub.

Dövlət satınalmalarında nəzarət tədbirlərinin gücləndirilməsi, əlçatanlığın təmin edilməsi və bürokratik əngəllərin aradan qaldırılması ilə bazar subyektlərinin iştirak səviyyəsinin yüksəlməsinə nail olunub. Belə ki, 2024-cü ilin yanvar–noyabr aylarında dövlət satınalmalarında yekunlaşan müsabiqələr üzrə orta iştirakçı sayı 6,5-a çatıb.

Dövlət Xidməti müsabiqə və aşkarlıq əsasında bütün sahibkarların bərabər şərtlərlə dövlət satınalmalarında iştirakını hədəfləyən tənzimləyici tədbirlərini cari il ərzində də davam etdirib. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar quruma daxil olan 1270 müraciətə baxılıb. Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 min 477 yekun protokol təhlil olunub. Nəticədə müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol (13,3 faiz) ləğv edilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb.

Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

 

Seçilən
6
12
xalqqazeti.az

10Mənbələr