AZ

Zelenskinin gecikən VƏFA BORCU: Dost dosta tən GƏLDİMİ? – FOTOLAR

Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında vurulması, Qazaxıstanın Aktau Hava Limanında qəza enişi edərkən yerə çırpılması və yanması nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. Faciədə dünyasını dəyişənlər arasında azərbaycanlılar daha çoxdur.

Bu hadisə ilə əlaqədar dekabrın 25-dən etibarən xarici ölkələrin dövlət və hökumət başçıları Azərbaycan xalqına başsağlığı verir, Prezident İlham Əliyevə telefonla zəng edərək acımıza şərik çıxırlar. Lakin indiyə qədər Ukrayna Prezidenti Volodimir Zelinski tərəfindən analoji addım atılmayıb. Halbuki Azərbaycan ən yüksək səviyyədə daim Ukrayna xalqına və dövlətinə dəstəyini ifadə edib.

Zelenskinin gecikən VƏFA BORCU: <span style=color:red>Dost dosta tən GƏLDİMİ? - FOTOLAR

Xatırlatmaq yerinə düşər ki, Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olmasına rəğmən, rəsmi Bakı mövcud müharibə şəraitində Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Üstəlik, bu dəstək sadəcə sözdə, bəyanatda deyil, konkret əməldə də ifadə olunur. Müharibədən əziyyət çəkən Ukraynaya tonlarla humanitar yardımlar göndərilib, dağıdılan təhsil müəssisələrində, sosial obyektlərdə təmir-bərpa işləri aparılıb.

Müharibədə valideynlərini itirən ukraynalı uşaqların dəfələrlə Azərbaycana səfərləri təşkil edilib, onlara mənəvi-psixoloji yardım göstərilib. Müharibə müddətində yaralı ukraynalıların köməyinə çatan təcili tibbi yardım, yanğınsöndürən, qəza xidməti maşınları və sair SOCAR-ın Ukraynadakı təmsilçiliyi tərəfindən təmənnasız və limitsiz yanacaqla təmin olunub.

Zelenskinin gecikən VƏFA BORCU: <span style=color:red>Dost dosta tən GƏLDİMİ? - FOTOLAR

Bu dəstək bu gün də müxtəlif formada davam etdirilir. Bunun müqabilində Ukrayna Prezidenti Volodimir Zelenski və onun rəhbərlik etdiyi ölkənin rəsmi şəxslərinin Azərbaycanın üzləşdiyi faciəyə susqun reaksiyası təəccüb doğurur. Məgər dost dostun dar günündə belə davranmalıdırmı? V.Zelenski Azərbaycan xalqının acısına niyə şərik olmadı? Nə üçün dost dosta tən gəlməd?

Zelenskinin gecikən VƏFA BORCU: <span style=color:red>Dost dosta tən GƏLDİMİ? - FOTOLAR

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, belə çətin vəziyyətlərdə dünyanın hər yerindən rəsmi şəxslər, hətta gözləmədiyimiz adamlar belə, Azərbaycanın yanında olmağa çalışır, ürək-dirək, mənəvi təskinlik verir, acımızı paylaşırlar.

Zelenskinin gecikən VƏFA BORCU: <span style=color:red>Dost dosta tən GƏLDİMİ? - FOTOLAR

Onun sözlərinə görə, hər bir rəsmi və ya qeyri-rəsmi şəxs müxtəlif formada bu dəstəyi Azərbaycana çatdırırlar: “Elə ölkələr, siyasi xadimlər var idi ki, biz onlardan ümumiyyətlə hansısa münasibət gözləmirik. Amma təəccüblənərək görürük ki, hətta onlar da bizə acımız ilə bağlı başsağlığı verirlər. Uzağa getməyək, Azərbaycanla faktiki olaraq çox çətin münasibətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və başqa erməni rəsmilər belə, başsağlığı mesajı yayımladılar. Düzdür, onlar hamı kimi geniş, əhatəli mesaj yayımlamasalar da, qısa şəkildə təyyarə qəzasında həlak olanlarla bağlı başsalığı mesajı yayımladılar. Yəni, bu bir insanlıq halıdır. Bunun dostluğa, düşmənçiliyə əslinə qalanda dəxli də yoxdur. Ona görə də belə məsələlərdə bir qayda olaraq hamı, hətta düşmənlər belə, bir-birinə qarşı diqqətli olurlar. Burada söhbət siyasətə aidiyyəti olmayan, günahsız insanların faciəsindən gedir və buna biganə qalmaq olmaz. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin bu günə kimi səsini belə çıxarmaması, bir kəlmə ilə belə olsa, başsağlığı yayımlamaması əlbəttə ki, düşündürücüdür, əlavə suallar doğurur. Mən düşünürəm ki, Ukraynanın aydın insanları öz ölkələrinin prezidentindən bunun səbəbini soruşmalıdırlar”.

Zelenskinin gecikən VƏFA BORCU: <span style=color:red>Dost dosta tən GƏLDİMİ? - FOTOLAR

Siyasi şərhçi deyib ki, Azərbaycan ictimaiyyəti, dövləti Ukraynanın ən çətin anlarında onun yanında olub və olmağa da davam edir: “Günü bu gün şəxsən mənim özüm də Ukraynanın haqlı davasının arxasındayam və bunu bütün varlığımla bəyan edirəm. Çıxışlarımda, danışıqlarımda, münasibətlərimdə Ukraynanın haqlı davasını dəstəkləyirəm. Əlbəttə ki, bu mənada bizim Ukraynadan gözləntimiz var. İndi kimsə çıxıb deyə bilər ki, prezidentdir də, başsağlığı verməyibsə dünya dağılmayıb. Düzdür, bizim buna ehtiyacımız yoxdur. Sadəcə bu bir münasibət məsələsidir. Bunun dərdi, problemi nədir ki, bu cür ağır faciəyə biganə qalır? Düzdür, mən dünən axşam Ukraynanın Londondakı səfirinin Azərbaycan səfirliyinə gələrək başsağlığı verməsi xəbərini oxudum. Onların öz səfirlikləri bunu yaymışdı. Bu, əlbəttə ki, bir nəzakət ziyarətidir, sağ olsun. Amma bu bir səfirin münasibətidir. Bizə isə dövlətin münasibəti lazımdır. Üstəlik də artıq sirr deyil ki, bizim təyyarəmizi Ukraynanın düşməni olan Rusiya vurub. Bu, açıq şəkildə təsdiqlənir. Belə bir şəraitdə Ukraynanın məsələyə bu qədər biganə, vurdum-duymaz yanaşması suallar doğurur. Ümid etmək istəyirəm ki, bizdən öncə Ukraynanın aydın insanları bu sualı Zelenskiyə verəcəklər və onun da ağlabatan bir cavabı gələcək. Hər halda biz çətin anlarımızda kimin necə münasibət sərgiləməsini də yaddan çıxarmayacağıq”.

Nailə QASIMOVA

Seçilən
7
medianews.az

1Mənbələr