Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan İranın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib...
Poliqon xəbər verir ki, görüş zamanı Qalyan İran ilə çoxqütblü qarşılıqlı əlaqələri yüksək qiymətləndirib. Xüsusilə ədliyyə nazirlikləri arasında inkişaf edən sıx əməkdaşlığı qeyd edib.
Öz növbəsində, Sobhani Ermənistan və İran arasındakı isti münasibətlərdən danışaraq, birgə problemlərin həlli üzrə formalaşmış təcrübənin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə ədliyyə sistemi ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Poliqon.info