AZ

Azərbaycan dekabrın 25-də Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi yardım göstərilməsilə bağlı Ramzan Kadırovun bəyanatını rədd edib.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - hökumətyönlü KİV Azərbaycan Prezident Administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən bildirib.

Xatırladaq ki, fəlakətə səbəb Çeçenistanda hava hücumundan müdafiə sistemi Ukrayna dronlarını raket atəşinə tutarkən Qroznı yaxınlığında mülki təyyarəyə ciddi ziyan dəyməsi olub.

Seçilən
3
turan.az

1Mənbələr