Prezident İlham Əliyev 21 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edib.
Dəyişikliklə Agentliyin işçilərinin sayı 151-dən 156-ya, o cümlədən qurumun aparatı üzrə ştat vahidi 63-dən 68-ə çatdırılıb, regional turizm idarələri üzrə ştat vahidi isə 88 saxlanılıb.
Fərman gələn il yanvarın 1-dən qüvvəyə minəcək.