AZ

“Yerə dəydiyimiz anda düşündüm ki, artıq ölürük” - təyyarə bələdçisi Zülfüqar Əsədov

“Yerə
“Təyyarədə nasazlıq olmayıb”. 1news.az xəbər verir ki, bu sözləri qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədov jurnalistlərə açıqlamasında söyləyib.
“Gəlin əvvəldən başlayaq. Biz getdik 8-də Qroznuya uçuş etdik. Eniş zamanı gördük qatı duman var. Kapitan enişə başladı, gördü, yer görünmür dumandan. Təzədn təyyarıni yuxarı qaldırmağa məcbur oldu. Yenidən cəhd etdi, gördü, yenə alınmır. Üçüncü dəfə də cəhd etdi, amma alınmadı. O məcbur oldu ki, təyyarəni başqa yaxın bir hava limanına endirsin. Bizim təyyarəyə çöldən bir səs gəldi. Mən tez salona çıxdım. Həmkarım Aydan xanım da yanımda idi. Gördük, camaat təlaş içindədir. Dedik, sakit olun, qorxmağa heç bir əsas yoxdur. Hər şey normaldır. Əyləşin və kəmərlərinizi bağlayın. Onlar oturdular. İstədim bir az da qabağa gedim, çöldən gələn bir zərbə qoluma dəydi. Qolumda dərin kəskin kəsik var idi. Elə bil, balta ilə vurmuşdular. Salondan çıxdım, qıza dedim, gəl oturaq. Sərnişinlər də oturmuşdular. Orada mətbəx dəsmalı var idi. Qolumu qızın köməyi ilə bağladım. Uçuşa davam etdik. Sonra komandirin göstərişi ilə qız mikrofon vasitəsilə sərnişinlərə təlimatlar verdi ki, jiletlərinizi geyinin. Amma açmayın ki, bir-birinizə mane olmayın. Ekipaj komandiri növbəti dəfə qızı məlumatlandırdı ki, suya yox, quruya eniş edəcəyik. Fikrini dəyişdi. Çünki düşünürəm ki, suya eniş etmək hamının ölümünə səbəb ola bilərdi. Su daşdan da möhkəm olur. Quruya eniş edildi. Hər bir sərnişin təlimatlara uyğun hərəkət etdi”. O qeyd edib ki, təyyarənin salonunda balon partlaması yalandır. Adicə bir qaz balon partlasaydı, təyyarə paramparça olardı. “Heç bir qaz balonu keçirilməyib. Sərnişinlər keçəndə yoxlanılırlar. Bu mümkün deyil və fərziyyədir. Bayırdan yaranan zərbənin təsiri ilə bağlı belə bir vəziyyət yarandı. Yeni təyinat nöqtəsinə çatmağa bəlkə də 1 saata yaxın vaxt getdi. Pilotlar çox çalışdılar ki, eniş etsinlər. Axırda da ön təkərlər dəyəsi oldu. Onlar nəzərdə tutdular ki, ya arxa, ya da ön hissəsi yerə dəyməli idi. Mən belə düşündüm ki, ön təkər dəydi. Həmin məqamda bələdçimiz də orada olmaqla qabaq hissə təyyarədən aralandı və başqa tərəfə düşdü. Yedə qalan hissə dayanana qədər yerə sürtündü. Dayanan kimi də təyyarə çöndü, başıaşağı vəziyyətdə dayandı. Camaat başıaşağı dayanmışdı. Qız istədi, ayağa dursun, dedim, durma. Çünki havasızlıq yaranmışdı. Huşum özümdə idi. Çalışdım ki, qan itirsəm də, axıra kimi özümü saxlayım, lazım olanda köməklik edim. Aydanın ayağını aşağı endirdim ki, qapını açım və hav sıxlığı aradan götürülsün. Dedim, tez kmərini aç. Sərnişinləri də çağırdım ki, tez düşün. Qapını açan kimi Aktaudan kömək dəstəsi gəldi. Sən demə, orada gözləyirmişlər. Mənim qolum yaralı vəziyyətdə idi. Gücüm yox idi. Çağırdım ki, gəlin, kömək edin, sağ qalanları çıxaraq. Yerə dəydiyim anda düşündüm ki, artıq ölürük. Çünki çox silkələnmə var idi. Kaş qalanlar da dağ qalaydı. Orada sağ qalmaq möcüzə idi. Bu komandirimizin qəhrəmanlığı sayəsində sağ qaldıq. İlk zərbədə pilot mübarizə aparmağa başlamışdı ki, təyyarəni endirsin. Yəqin ki, o da həyəcan keçirib.

Məndə əvvəl də bir qəza olmuşdu. Yerə enəndə təyyarənin təkəri partlamışdı. Onda da yenə ekipajın qəhrəmanlıq göstərmişdi”.

Seçilən
19
20
1news.az

9Mənbələr