AZ

“Oğlumun cənazəsini gözləyirəm” - Qəzada həlak olan tələbənin atası

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin, 2004-cü il təvəllüdlü Tutunçiyev Mahmudun ailəsi cənazənin gətirilməsini gözləyir. 

Bu barədə Mahmudun atası Paçalov Muhuma “Cebheinfo.az” - a məlumat verib. 

O, oğlunun cənazəsini gözlədiyini bildirib: “Səhiyyə Nazirliyi və AZAL-dan zəng vurub məlumat verdilər. Cənazəni gözləyirik. Hələ ki, sakitçilikdir. 

Səhər zəng vurdular. Dedilər ki, gəlib çatanda zəng vuracağıq, gələrsiniz. Yas mərasimi Balakəndə olacaq. Hamı gedib rayona, bir tək mən burdayam, cənazəni gözləyirəm”. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr