Xankəndi şəhərində 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilib.
Modern.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin Zəfər meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Qış nağılı" yarmarkası təşkil olunub.
Yarmarkada bir çox müəssisə və şirkətlər iştirak edir. Həmçinin fərdi şəxslər tərəfindən yarmarkaya məhsulları da çıxarılıb.
Qeyd edək Xankəndi şəhərində " Qış nağılı" yarmarkasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulur.