AZ

“Rosaviasiya”dan aviaqəza ilə bağlı ilk AÇIQLAMA

“Rosaviasiya” Aktauda qəzaya uğrayan təyyarənin Çeçenistana niyə eniş etmədiyinə aydınlıq gətirib.

Azpost.info xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov açıqlama verib.

O bildirib ki, həmin vaxt Qroznı hava limanı üzərində səmanı sıx duman tutub.

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin ekipaj komandiri belə şəraitdə təyyarəni endirmək üçün iki cəhd edib və hər ikisi uğursuz alınıb. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin PUA-ları tərəfindən terror hücumları təhlükəsi ilə əlaqədar “Xalça” planı tətbiq edilib. Komandirə başqa hava limanları təklif edilib. O, Aktau hava limanına getməyə qərar verib. Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var. Biz həmkarlarımızla birgə bu işə tam hazırıq”, – Yadrov deyib.

Azpost.info

Seçilən
9
azpost.info

1Mənbələr