AZ

Suriyada silahlım qarşıdurma davam edir

“Suriya Demokratik Qüvvələri” (SDQ) silahlıları Hələbin şimal-şərqindəki Tişrin su elektrik qovşağına nəzarəti bərpa ediblər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  Azad Suriya Ordusu (ASO) adlanan qruplaşmanın briqadaları döyüşlər nəticəsində 22 döyüşçünü itirərək mövqelərindən geri çəkilib. Kürd mənbələrinin məlumatına görə, SDQ sıralarında iki polis ölüb, üç nəfər yaralanıb. Dekabrın 25-də SDQ-nin rəsmi nümayəndəsi Fərhad Şami kürdlərin müdafiə döyüşlərindən Fərat çayı Karakozak körpüsü və “Tişrin” bəndi yaxınlığında hücuma keçmək qərarını açıqlayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr