AZ

Azərbaycan 25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

25 dekabrda Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin stüardessası Aydan Rəhimli qəza anında baş verənlərlə bağlı yerli mətbuata açıqlama verib.

“AzPolitika”xəbər verir ki, o, təyyarəyə edilən birinci hücumdan sonra oksigen maskalarının açıldığını bildirib.

“Biz bu zaman nə baş verdiyini anlamaq üçün təyyarə bələdçisi Zülfüqar bəylə birlikdə salona çıxdıq. Bu zaman təyyarəyə ikinci zərbə dəydi. Zülfüqar bəy sol qol nahiyəsindən xəsarət aldı. Onunla birlikdə arxa getdik və yerimizə əyləşdik. Bu zaman ona ilkin tibbi yardım göstərdim”, - deyə stüardessa qeyd edib.

A. Rəhimli digər bələdçi Hökumə Əliyeva ilə daim əlaqədə olduğunu, qəzada iki dəqiqə öncə isə əlaqənin kəsildiyini deyib.

Stüardessa təyyarədə oksigen balonunun partlaması ilə bağlı yayılan iddiların doğru olmadığını bildirib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

“AzPolitika.info”

Seçilən
15
azpolitika.info

1Mənbələr