AZ

Oksigen balonunun partlaması iddiası, maraqlı tərəfdən verilən məlumatdır - Nazir

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasındanQazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədəoksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçertərəfindən irəli sürüldüyünə istinad edirlər.

Trend xəbər verir ki, bunu jurnalistlər açıqlamasında Rəqəmsalİnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünüyoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunutəkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səslərikənardan gəlib", - nazir əlavə edib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
8
6
az.trend.az

7Mənbələr