AZ

YAP Sumqayıt şəhər təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar görüş keçirilib

YAP Sumqayıt şəhər təşkilatında Azərbaycan Respublikasında 2025-ci il Yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Sumqayıt, Corat və Hacı Zeynalabdin bələdiyyələrinə namizədlikləri irəli sürülmüş şəxslərə qarşıdan gələn seçki kompaniyasında uğurlar arzulayıb. R.Hüseynov qeyd edib ki, Bələdiyyələr Azərbaycan cəmiyyətinin idarə olunmasında özünəməxsus yer tutur və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən ümummilli lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir. Sədr bildirib ki, Bələdiyyələr öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər. Bələdiyyələr unutmamalıdırlar ki, onların fəaliyyətlərinin səmərəliliyinin mühüm şərtlərindən biri yerli əhalinin onlara etimadının, inamının və dəstəyinin olmasıdır.

Sonda Ramiz Hüseynov namizədlərə qarşıdan gələn Bələdiyyə Seçkilərində uğurlar arzulayıb, namizədlik vəsiqələrini təqdim edib. Daha sonra namizədlərlə xatirə şəkli çəkilib.

 

Seçilən
3
ikisahil.az

1Mənbələr