Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən danışmağa və Ukrayna münaqişəsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “t-online” xəbər portalına müsahibəsində bildirib.
“Mən bunu istərdim”, - Şolts Putinlə yenidən əlaqə saxlamağa hazır olub-olmadığını soruşduqda deyib.
Qeyd edək ki, Rusiya lideri Almaniya kansleri ilə noyabrın 15-də telefonla danışıb.