AZ

ABŞ-da evsizlərin sayı artıb

ABŞ-da evsizlərin sayı son 20 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Oxu24.com xəbər verir  ki, bu barədə Bloomberg agentliyi Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasının hesabatına istinadən məlumat yayıb.

2024-cü ilin yanvarında hesablanan evsizlərin sayı 772 min nəfər olub və 2023-cü ilə nisbətən 18 faiz çox olub ki, bu da evsizlərin sayına görə rekorda imza atıb. Uşaqlı evsiz ailələrin sayı təxminən 40 faiz artıb.

Bu vəziyyət yüksək kirayə haqqı, əlverişli mənzil seçimlərinin olmaması və çoxlu sayda miqrantlarla izah olunur. Yanvar ayında sonuncuların axını Nyu York, Denver, Çikaqo və digər şəhərlərdə sığınacaq sistemlərini alt-üst etdi. Üstəlik, son 10 ildə mənzil qiymətlərinin fırtınalı artması nəticəsində evsizlərin sayı artıb. Kirayə haqqı maaşlardan 1,5 dəfə sürətlə artıb. 


Eyni zamanda evsizlik 2023-cü ildən bəri təxminən səkkiz faiz, 2010-cu ildən isə 55 faizdən çox azalıb.

Sentyabrın ikinci yarısında The Wall Street Journal 2024-cü ildə ABŞ-da evsizlərin sayının rekord həddi - 653 min nəfəri keçə biləcəyini yazıb. O zaman küçələrdə yaşayanların sayı artıq 550 minə çatmışdı.

 

Nigar

Seçilən
4
3
oxu24.com

5Mənbələr