AZ

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

Bakı, 27 dekabr, AZƏRTAC

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı istiqamətində hərəkət edən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində faciəvi şəkildə qəza enişi etməsi nəticəsində çoxsaylı insan tələfatının olması və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə dekabr 26-nın ölkə ərazisində matəm günü elan olunması ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bir sıra anım tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetdə dekabr 26-da ilk dərslər faciə qurbanlarının xatirələrinin yad olunması ilə başlayıb. Eləcə də Filologiya fakültəsində anım tədbiri təşkil olunub. Tədbirdə fakültə dekanı dosent Könül Həsənova və professor-müəllim heyəti həlak olanların xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının baş müəllimi Səbinə Sadıqova isə matəm günündə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyində olub və səfirlikdə açılmış başsağlığı kitabına təyyarə qəzasında həlak olanlarla bağlı təəssüratlarını qeyd edib.

Pedaqoji Universitetin Quba filialında da təyyarə qəzası ilə bağlı anım mərasimi təşkil olunub. Mərasimdə filialın rəhbərliyi və professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər. Təyyarə qəzası ilə əlaqədar filialın foyesində müvəqqəti guşə düzəldilib.

Seçilən
19
1
azertag.az

2Mənbələr