Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasından sağ çıxan bələdçi Aydan Rəhimli ictimaiyyətə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova özünün “Facebook” hesabında qeyd edib.
“Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım: “Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir””, - deyə N. Allahyarova qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta