AZ

Bu insanlar daha uzun yaşayırlar - ARAŞDIRMA

ABŞ-ın Oreqon Dövlət Universitetinin  tədqiqatçıları müəyyən ediblər ki, vegetarianlıq və veqanizm insan ömrünü uzatmır.

Cebhe.info xəbər verir ki, araşdırmanın nəticələri “BioMed Central”-da paylaşılıb.

Ürək-damar, metabolik xəstəliklər və vaxtından əvvəl ölümün əsas səbəbləridir. Bu patologiyaların inkişaf riskini artıran əsas amillərdən biri də pis qidalanmadır. Vegetarian və vegan pəhrizləri son onilliklərdə, əsasən, sağlamlıqlarına və ətraf mühitə faydalarına görə əhəmiyyətli dərəcədə populyarlıq qazanıb. Vegetarianlığın qanda xolesterinin səviyyəsini normallaşdırmaq və insulinə həssaslığı artırmaqla ürək-damar xəstəlikləri və şəkərli diabet ehtimalını azaltdığı deyilir.

Bitki qidalarında çoxlu lif, vitaminlər, minerallar və bioloji aktiv birləşmələr var. Onlar həmçinin heyvan mənşəli məhsullardan daha az doymuş yağ ehtiva edirlər. Alimlər yeni araşdırmada bu faydalı xüsusiyyətlərin insan ömrünün uzunluğuna təsir edib-etmədiyini öyrənməyə çalışıblar.

Tədqiqat 117 673 orta yaşlı və yaşlı iştirakçını əhatə edib. Alimlər subyektlərin sağlamlıq vəziyyəti və yemək vərdişləri haqqında məlumat toplayıblar. Pəhriz növü ilə bağlı məlumatlara əsasən, könüllülər dörd qrupa bölünüblər - veganlar, ovolakto-vegeterianlar (onlar süd məhsulları və yumurta istehlak edirlər), peskatarianlar (onların pəhrizinə balıq və dəniz məhsulları daxildir) və ət yeyənlər.

18 illik təqib dövründə 39 763 iştirakçı ölüb. İlkin nəticələr peskatariyalıların ölüm nisbətlərinin daha aşağı olduğunu göstərib. Bununla belə, siqaret çəkmə vəziyyəti və illər, spirt istehlakı, etnik mənsubiyyət, təhsil,  əlavə xəstəliklərlə bağlı rəqəmlər daxil edildikdən sonra bu fərq aradan qaldırılıb. Bundan əlavə, digər iki növ vegetarian pəhrizin bütün səbəblərdən vaxtından əvvəl ölüm riskinə əhəmiyyətli təsiri olmayıb.

Gələcək tədqiqatlarda tədqiqatçılar uzunömürlülük və vegetarian pəhrizin müddəti arasında əlaqənin olub olmadığını araşdırmağı planlaşdırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
460
7
cebheinfo.az

10Mənbələr