“Flydubai” aviaşirkəti yanvarın 2 və 3-dək Dubaydan Mineralnıye Vodı və Soçiyə reysləri təxirə salıb.
ONN media xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında deyilir.
Qeyd edək ki, bundan öncə AZAL yarana biləcək riskləri nəzərə alaraq Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşları təxirə salıb.
Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib
ONN İnformasiya Agentliyi