Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynanın “31 dekabra gedən qatar” adlı Yeni il komediyasında rol alıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əsas rollardan birinin ifaçısı Yuri Qorbunov məlumat yayıb.
“Bizim filmimizdə baş rola çəkilməyə razılıq verdiyi üçün “Consonyuk” adlandırdığımız Boris Consona təşəkkür edirik”, - Qorbunov bildirib.
O, siyasətçinin videogörüntülərini də nümayiş etdirib.
“Добрий день, everybody. Happy New Year, українці!” (Salam, hər kəs! Yeni iliniz mübarək, ukraynalılar!) deyə keçmiş Baş nazir filmdə deyir.
Conson filmdə üzərində “Ukrzaliznıtsi” yazılmış baş geyimində səhnə alır.
Məlumata görə, filmdə hadisələr qatarda baş verir. Yeni il qabağı sərnişinlər Lvova yollanır və orada onları qeyri-adi sərgüzəştlər gözləyir.
Filmin premyerası yanvarın 1-nə planlaşdırılıb.
Xatırladaq ki, Boris Conson 2019–2022 illərdə Böyük Britaniyanın Baş naziri olub.
Boris Consonun filmdən görüntülərini təqdim edirik: