1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanda dava-dalaş, küçədə söyüş kimi şeylərin şahidi olmamışam".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.
24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.
Polşalı oyunçu "Çempionlar Liqasının himnini eşidəndə bir az stres keçirdinizmi?" sualına belə cavab verib:
"Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a gəldim".
Koxalski Azərbaycan haqqında da danışıb:
"Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm".
Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.