“Tramp ABŞ-ın Ukraynadakı keçmiş siyasətinə görə məsuliyyət daşımır”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə politoloq Vasili Kaşin danışıb.
“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya sərfəlidir, çünki o , Vaşinqtonun bu məsələdə keçmiş siyasətinə görə məsuliyyət daşımır”, – deyə o bildirib.
Həmçinin politoloq qeyd edib ki, Tramp əksinə, seçilmiş prezident Co Baydenin Demokratik administrasiyasını Ukrayna məsələsi ilə bağlı qərarlarına görə fəal şəkildə tənqid edib. Bu baxımdan, həqiqətən də yeni Amerika liderindən dəyişikliklər gözləmək olar və yəqin ki, Ukraynadakı münaqişənin həlli üçün sərt sövdələşmələr aparılacaq.