AZ

Türkiyə İsrailin məscidə hücumunu QINADI

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə basqını pisləyib.

Medianews.az “SonDakika.com”a istinadən xəbər verir ki, bu hərəkətlərin regionda təhlükəsizlik və sabitliyə təhlükə yaratdığı bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında deyib: “İsrailli bir nazirin təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya təşkil etdiyi basqını şiddətlə qınayırıq. İsrail rəsmiləri QəzzaƏl-Əqsada davam edən soyqırımla yanaşı, Əl-Əqsada tarixi status-kvonun dəyişdirilməsinə yönəlmiş təxribatlar da regionda təhlükəsizlik və sabitliyə təhlükə yaradır. Biz beynəlxalq ictimaiyyəti İsrail rəsmilərinin bölgədə gərginliyi daha da artıracaq hərəkətlərinə qarşı lazımi tədbirlər görməyə çağırırıq”.

Seçilən
8
medianews.az

1Mənbələr