AZ

Xorvatiyanın Baş naziri Azərbaycana başsağlığı verdi

Bakı. Trend:

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç AzərbaycanRespublikasının Baş naziri Əli Əsədova başsağlığı məktubuünvanlayıb.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti məlumatı məlumat yayıb.

Məktubda deyilir: “Dekabrın 25-də Bakıdan Qroznıya uçan“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sərnişinləri vəekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznləaldım.

Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdanSizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütüninsanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarətalanların tezliklə sağalmasını arzulayırıq”.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
4
50
az.trend.az

10Mənbələr