AZ

Ən çox avtomobil istehsal edən ölkələr

2023-cü ildə qlobal avtomobil istehsalı 93,5 milyon ədədə çatıb.  Avtomobil istehsalı pandemiyadan əvvəlki dövrlə müqayisədə 2 faiz, 2022-ci ilə nisbətən isə 17 faiz artıb. Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatı 2023-cü ildə ən çox avtomobil istehsal edən ölkələri müəyyən edib.
Çin ümumi istehsalda 32,2 faiz payla birinci yerdədir. Çinin ümumi avtomobil istehsalı 30 160 966 ədəd olub. ABŞ avtomobil istehsalında ikinci yerdədir. ABŞ-ın ümumi istehsalda 11,3 faiz payı olduğu halda, ümumi avtomobil istehsalı 10 milyon 611 min 555 ədəd olub.
Yaponiya siyahıda üçüncü yerdə qərarlaşıb. Qlobal istehsalda 9,6 faiz paya sahib olan Yaponiya 8 milyon 997 min 440 ədəd avtomobil istehsal edib.
 
İlk onluğu sizə təqdim edirik:
 
Çin – 30 160 966
 
ABŞ – 10 611 555
 
Yaponiya – 8 997 440
 
Hindistan –  5 851 507
 
Cənubi Koreya – 4 243 597
 
Almaniya – 4 109 371
 
Meksika – 4 002 047
 
İspaniya – 2 451 221
 
Braziliya – 2 324 838
 
Tayland – 1 841 663
 
 
 
Mehin Mehmanqız
Seçilən
7
moderator.az

1Mənbələr