1911-ci ildə doğulan və 1996-cı ildə vəfat edən “Balkanların Nostradamusu” kimi tanınan Baba Vanqanın proqnozları illər keçsə də məşhur olaraq qalır. 2024-cü il üçün müxtəlif proqnozlar verən Baba Vanqanın gerçəkləşmiş proqnozları dünya mətbuatında geniş əks-səda doğurdu.
Bolqarıstan peyğəmbəri Baba Vanqa 2024-cü ildə dünyanın müəyyən yerlərində ekoloji fəlakətlərin baş verəcəyini və iqtisadi böhranın təsirlərinin özünü göstərəcəyini bildirib.
Moderator.az Vanqanın həyata keçən proqnozlarını təqdim edir:
Dünyada milyonlarla insan hələ də ərzaq banklarından asılı yaşayır və inflyasiya ilə mübarizə aparır.
Qlobal işdən çıxarmalar və maliyyə qeyri-müəyyənlikləri cəmiyyətə çətin təsirlər yaratsa da, Baba Vanqanın iqtisadi proqnozlarının düzgünlüyü də yeni müzakirələrə yol açır.
Baba Vanqanın proqnozlaşdırdığı digər böyük böhran ekoloji fəlakətlər idi. 2024-cü ildə son illərdə ən yüksək temperatur göstəriciləri yaşansa da, dünyanın bir çox yerində qasırğa və tufan kimi təbii fəlakətlər baş verib. İspaniyanın Valensiya şəhərində görünməmiş daşqın baş verərkən, ABŞ və Avropa dağıdıcı fırtınalarla sarsıldı.
İyun ayında baş verən Beril qasırğası Karib dənizi və Texasda böyük dağıntılara səbəb olub. Vyetnamda Yagi tayfununun təsiri ilə güclü külək və yağışlar yaşanarkən, Meksika ölümcül isti dalğaları ilə mübarizə aparırdı.
Baba Vanqanın tibb sahəsindəki proqnozları da özünü doğrultdu. 2024-cü il xərçəng və Alzheimerin müalicəsində əhəmiyyətli irəliləyişlərə ev sahibliyi etdi. Həkimlər 18 yaşdan kiçik uşaqlarda xərçəngi aşkar edə biləcək yeni testlər hazırlayıb və uşaqlıq boynu xərçənginin müalicəsində mühüm addımlar atılıb.
İngiltərədə Alzheimer xəstəliyi ilə bağlı aparılan klinik sınaqlar xəstəliyin qarşısını alan müalicə üsulları ilə bağlı ümidverici nəticələr verdi. Lecanemab adlı müalicə idrak zəifləməsini 27 faiz ləngitməklə Alzheimer xəstələri üçün yeni bir ümid şüası yaratdı.
Baba Vanqanın 2024-cü ilə dair proqnozlarının çoxu reallaşsa da, bəziləri hələ də reallaşmayıb. Bunlardan biri də güclü bir ölkənin bioloji silahdan istifadə etməsi idi. Xüsusilə Rusiyanın Ukraynaya təcavüzü səbəbindən qlobal gərginlik yüksək olaraq qalsa da, bu proqnoz özünü doğrultmadı. Bununla belə, Baba Vanqanın yeni illə bağlı proqnozu daha maraqlıdır.
Baba Vanqanın sözlərinə görə, bəşəriyyət 2025-ci ildə keçiriləcək böyük idman yarışında yerdən kənar canlılarla təmasda olacaq. Baba Vanqanın bu peyğəmbərliyinin həyata keçib-keçməyəcəyi böyük maraq doğurur.