AZ

Bir il ərzində Çindən gələn avtomobillər qiyməti demək olar ki, yarısını itirir

Çindən gələn avtomobillər satın alındıqdan bir il sonra orijinal dəyərinin təxminən 50%-ni itirir.

“İzvestiya” 2024-cü ilin nəticələrinə əsasən satıcıların təklifləri haqqında məlumatların təhlilinə istinadən xəbər verir ki , bu faiz digər ölkələrin brendlərininkindən xeyli yüksəkdir. Məsələn, yapon avtomobilləri satın alındıqdan sonra bir il ərzində 15-30%, alman avtomobilləri isə 18,5-34,5% ucuzlaşır.

Ekspertlər Çindən gələn yeni və işlənmiş avtomobillərin qiymətindəki yüksək fərqi rusiyalı alıcıların Çinin işlənmiş avtomobillərinə ehtiyatlı münasibəti ilə izah edirlər. Qeyd olunur ki, zaman keçdikcə belə avtomobillər arasında sürücülərin öyrəşdiyi modellər də olacaq, bundan sonra onların təkrar bazarda likvidliyi artacaq.

Daha əvvəl “Kommersant” yazıb ki, Çin avtomobilləri Rusiya anbarlarını doldurub.

Həmçinin, Rusiya Avtomobil Dilerləri Assosiasiyasının (ROAD) keçmiş prezidenti və Automarketer şirkətinin təsisçisi Oleq Moseev Rusiya bazarını tərk edə biləcək Çin markalarının adını çəkib.

DOĞRU.AZ

Seçilən
7
dogru.az

1Mənbələr