Qazaxıstanın Karaqanda vilayətində buzun altında itkin düşmüş 47 at aşkar edilib.
İnterpress.az xəbər verir ki, heyvanlar Karkaralinsk ərazisində sərbəst otlayarkən yoxa çıxıblar.
10 axtarış qrupu təkcə Karkaralı rayonunun deyil, həm də qonşu Pavlodar vilayətinin ərazisinə baxış keçirib.
“Ərazinin kəşfiyyatı zamanı çöl göllərindən birində 47 at aşkar edilib. Sahibləri heyvanlarını tanıyıblar.
İlkin versiyaya görə, gecə saatlarında sürü donmuş gölə çıxıb. Lakin buzun kifayət qədər qalınlığı olmadığından heyvanlar suyun altına düşüb tələf olublar”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az