AZ

Bakı-Balakən sərnişin qatarının fəaliyyəti daxili turizmin inkişafına necə təsir edəcək? – Deputat və iqtisadçı açıqladı

Yeni ilin ilk günlərindən etibarən Bakı-Balakən sürət qatarı fəaliyyətə başlayacaq. Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq.

Bakı-Balakən-Bakı marşrutunun bərpası daxili turizmin inkişafına ciddi töhfə verəcək. Bu layihə, əslində, ADY-nin heç də rentabelli olmayan sərnişindaşıma sahəsinə diqqət yetirməsinin, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə almasının bariz nümünəsidir.

Qeyd edək ki, hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Məlumata görə, Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.

nesib

Nəsib Məhəmməliyev

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, Bakı-Balakən sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət hadisədir:

“Yevlax-Balakən dəmiryolu xətti Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə tikilmiş dəmiryolu xəttidir. 1985-ci ildən başlayaraq uzun illər ərzində dəmiryolu şimal-qərb istiqamətində yerləşən Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayıb.

Bütövlükdə Şimal-Qərb regionuna aid olan rayonların əhalisinin sevincinə səbəb olub. Bu çoxdan gözlənilirdi. Nəinki turizmin inkişafına, eyni zamanda o bölgənin əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, Bakı şəhərinə günün münasib saatlarında gediş-gəlişin təmin edilməsinə, məşğulluq baxımından da mühüm əhəmiyyətə malikdir.

Dəmir yolu iqtisadi baxımdan sərfəli, ekologiyaya, təbiətə az ziyan vuran, rahat və etibarlı nəqliyyat növüdür. Prezident İlham Əliyevə təşəkkür edirik ki, bir çox məmurların həmin dəmir yolu marşrutunu ləğv etmək çağırışlarına rəğmən tapşırıq verildi və həmin yol yenidən bərpa olundu. Gələcəkdə həmin qatarlar sürət və keyfiyyət baxımından da yüksək səviyyəyə çatdırılacaq”.

Xalid

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan kiçik ölkədir. Qatar yolunun olması çox mühümdür. Bu həm daxili turizm, ən çox da sosial cəhətdən böyük əhəmiyyətə malikdir. Rayonlardan tez-tez Bakıya gəlib-gedən əhalinin sosial vəziyyətini yaxşılaşdırır. Qatarlar həm etibarlı, həm də keyfiyyətli nəqliyyat növüdür.

Balakən-Bakı sərnişin qatarının fəaliyyətə başlaması da bu baxımdan əhəmiyyətlidir. İnsanlara alternativ təhlükəsiz xidmət verilir. Yol maşınları, avtobuslarla müqayisədə daha təhlükəsizdir”.

Seçilən
15
moderator.az

1Mənbələr