Bakıya məcburi eniş edən Dubay-Moskva təyyarəsində qeyri-etik davranışlar sərgiləyən sərnişin Roman Paxomovun görüntüləri yayılıb.
Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, kadrları "BAZA" kanalı paylaşıb.
Bildirilir ki, R.Paxomov kabinəyə girəndə ayıq və sakit olub. Sonradan məlum olub ki, o, özü ilə spirtli içki gətirib və uçuş zamanı içib.
Şahidlərin sözlərinə görə, bundan sonra o qışqırıb, işçiləri təpikləyib. Paxomovu saxlamaq mümkün olsa da, dopinq təsiri altında olan təxribatçı plastik qandalları və yapışqan lenti qırıb, bundan sonra əlləri ilə illüminatoru döyəcləməyə başlayıb.
Nəticədə pilotlar təyyarəni Bakıda yerə endirməyi qərara alıblar.
Roman özünə gələndə heç nəyi xatırlamadığını etiraf edib.