AZ

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti alıb

Bakı. Trend:

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalqticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirməkməqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalqticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütünərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyəxidmət edir.

Cəlb olunan vəsait TuranBank-a istər qeyd olunan təşkilata üzvölkələr, istərsə də digər ölkələr arasında idxal-ixracəməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarətəməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

“Əminik ki, imzalanmış müqavilə müştərilərimizə rəqabətədavamlımaliyyə alətləri təqdim etməklə Azərbaycanda idxal-ixracfəaliyyətini daha da stimullaşdıracaq və ölkənin ümumi iqtisadiinkişafına töhfə verəcək.”- deyə TuranBank ASC-nin İdarə Heyətininsədri Orxan Qarayev qeyd edib.

Məlumat üçün bildirək ki, ECO Ticarət və İnkişaf Bankı iləimzalanmış bu müqavilə sayca dördüncü sazişdir. Belə ki, Bankəvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və ortasahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyəvəsaiti cəlb edib.

Qeyd edək ki, Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişafBankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarınıqarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlıiqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

TuranBank

Bizimlə etibarlıdır…

Seçilən
6
18
az.trend.az

10Mənbələr