AZ

Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi

Çində avtomobili insanların üzərinə sürərək 35 nəfəri öldürüb, 43 nəfəri yaralayan sürücüyə cəza verilib.

Publika.az xəbər verir ki, hadisə Çinin Çjuhay şəhərində baş verib.

Belə ki, idman mərkəzinin qarşısında avtomobili camaatın üstünə sürən Fan Veiqiu edam cəzasına məhkum edilib.

Hadisə ilə bağlı səlahiyyətlilər tərəfindən açıqlama verilib. Veiqiunun evliliyində problemlər yaşadığı və həyatından narazı olduğu üçün hücum etdiyi məlum olub.

Seçilən
6
1
publika.az

1Mənbələr