AZ

Moskvaya uçan təyyarə bu şəxsə görə Bakıya təcili enibmiş – Fotolar


Xəbər verdiyimiz kimi, Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumatda bildirilib ki, məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.
Yeniavaz.com
xəbər verir ki, “Baza” teleqram kanalı hadisənin təfərrüatını açıqlayıb və görüntülər yayıb.

Kadrlarda Roman Paxomov adlı şəxsin qışqırdığı, anlaqsız olduğu və qeyri etik ifadələrdən istifadə etdiyi görünür.
Qeyd olunub ki, o, həmçinin uçuş müddətində ekipaj üzvlərini itələyib, illüminatoru sındırmağa cəhd edib.

Sərnişinlərin sözlərinə görə, o, təyyarəyə minən zaman ayıq olub. Lakin o, üzərində spirtli içki gizlədərək təyyarərə daxil olub və onun spirtli içkidən istifadə etdiyi ehtimal olunur.
“Ekipaj üzvləri onun öhdəsindən gələ bilmədikdə təyyarənin Bakıda enməsi ilə bağlı qərar verilib. Hava gəmisi Bakıda yerə endikdən sonra isə Paxomov polisə təhvil verilib”, - Teleqram kanalı yazıb.

Bildirilir ki, o, özünə gəldikdə heç nə xatırlamadığını deyib.

Seçilən
191
8
yeniavaz.com

10Mənbələr