AZ

Qərbi Makedoniya Universitetinin nümayəndələri UNEC-də olublar

Yunanıstanın Qərbi Makedoniya Universitetinin (QMU) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ortaq diplom proqramının məzunları və QMU-nun akademik heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bu barədə TƏHSİL.BİZ-ə İqtisad Universitetindən məlumat verilib.

UNEC ilə Qərbi Makedoniya Universitetinin magistratura üzrə ortaq diplom proqramından məzun olmuş magistrlər və professor-müəllim heyətindən ibarət 35 nəfərlik nümayəndə heyəti rektor Ədalət Muradovla görüşüb.

Görüş zamanı professor Ədalət Muradov qonaqlara UNEC-in fəaliyyəti, əldə olunan nailiyyətlər, eləcə də gələcək hədəflər barədə məlumat verib. Yunanıstanlı nümayəndələr görüşdə öz təəssüratlarını bölüşüblər.

Sonra yunanıstanlı qonaqlar üçün UNEC-in I və III saylı tədris binalarında infotur təşkil olunub. Onlar Karyera mərkəzi, İmtahan mərkəzi, 24/7 kitabxana, “Bloomberg” Maliyyə laboratoriyası, “Etern” mərkəzi, mühəndislik və texnoloji laboratoriyalarla tanış olublar.

Bu il UNEC-in Qərbi Makedoniya Universiteti ilə birgə magistr proqramından 67 nəfər məzun olub. Noyabr ayında Yunanıstanda keçirilən təntənəli Məzun günündə UNEC-in rektoru Ədalət Muradov da iştirak edib.

Seçilən
11
1
tehsil.biz

2Mənbələr