Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Pəncə-Kilid əməliyyatı bölgəsində daha bir mağaranın terrorçulardan təmizləndiyini açıqlayıb.
Nazirliyin sosial media hesabından verilən açıqlamada, "Qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçuların istifadə etdiyi mağaralara, sığınacaqlara kilid vurmağa davam edir. Pəncə-Kilid əməliyyatı bölgəsində terrorçuların sığınacaq və gizlənmək üçün istifadə etdiyi bir çox bölməyə malik daha bir mağara terrorçulardan təmizlənərək istifadəyə yararsız hala gətirilib. Terror təşkilatının hərəkət imkanlarını sıfıra endirmək üçün ayağımızın dəymədiyi yer buraxmayacağıq” deyə qeyd edilib.