Rejissor Andres Musçiettinin “Batman və Robin” filminin istehsalı ssenari problemlərinə görə dayandırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Comic Book" portalı məlumat yayıb .
Məlumata görə, filmin ssenarisi DC kinematik kainatının yeni rəhbəri Ceyms Qunn ilə razılaşdırılmayıb. Son versiyadan razı qalmayana qədər çəkilişlər başlamayacağı bildirilib.
Musçietti qeyd edib ki, bu müddət ərzində onun başqa bir layihəni çəkəcək.
Bundan əlavə, "Betmen və Robin" çəkilərsə, onun buraxılması 2027-ci ilin oktyabr ayına təxirə salınmış ikinci “Betmen” filmindən əvvəl təqdim olunmayacaq.
Türkan İSGƏNDƏRLİ