Ajans.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır.
Sənətçiyə yaxın mənbənin bildirdiyinə görə, P.Diddi əsəb böhranı keçirdiyini iddia edərək, mühafizəçilərə onu müayinə üçün həbsxana xəstəxanasına aparmaq üçün “yalvarıb”.
İnsayder qeyd edib ki, reperin bayram günlərində zaminə buraxılacağı gözlənilir. “Nəhayət o, meditasiya texnikalarının köməyi ilə sakitləşə bildi... Düşdüyü vəziyyətdən çıxmaq üçün ona bir neçə saat dərin nəfəs alması və konsentrasiyası lazım oldu”, - deyə qəzet mənbəsi əlavə edib.
Əvvəllər bildirilirdi ki, həbsdə olduğu bir neçə ay ərzində P.Diddi arıqlayıb.