AZ

"DOST Müfəttiş" layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"DOST Müfəttiş" layihəsi ABŞ-də keçirilən "Globee Business Awards" müsabiqəsində mükafata layiq görülüb.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın "DOST Müfəttiş" layihəsi növbəti beynəlxalq uğur qazanıb.
ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu "Globee Business Awards" beynəlxalq müsabiqəsində bu layihənin işəgötürənlər üçün təmin etdiyi qiymətləndirmə dəstəyini münsiflər heyəti yüksək qiymətləndirib.
"DOST Müfəttiş" biznesin inkişafına innovativ töhfə verən layihə kimi qəbul edilərək müsabiqənin mükafatına layiq görülüb.
Müsabiqədə həmçinin ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və digər ölkələrdən 100-dən çox layihə iştirak edib.
Bununla da "DOST Müfəttiş" layihəsi sayca 3-cü beynəlxalq mükafata layiq görülüb.
Seçilən
13
50
oxu.az

10Mənbələr