AZ

Təyyarə qəzasında Rusiyanın "Xalça" planı xəbəri yanlış çıxdı...

Image

Üzeyir Cəfərov: "Bunu başa düşən qəhrəman pilotumuz İqor Kşnyakin təyyarənin naviqasiya sistemini söndürüb ki, təyyarəni izləyib vura bilməsinlər"

Azərbaycan Arilines (AZAL) şirkətinin Bakıdan Qroznıya uçan Embraer təyyarəsi tətbiq edilən “Xalça” planına görə Rusiya şəhərinin hava limanına enə bilməyib, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bildirib.

“Həmin gün və həmin saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çox çətin idi. Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan məkandan dərhal yola salınması üçün “Xalça” rejimi tətbiq edilib”.

"Komandir təyyarəni Qroznıya endirmək üçün iki cəhd etdi, lakin uğursuz oldu, komandirə başqa hava limanları təklif edilib, o, Aktau hava limanına getməyə qərar verdi", - deyə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına faciənin araşdırılmasında əməkdaşlığa hazır olduqları barədə dərhal məlumat verib.

“Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var ki, biz həmkarlarımızla birgə bu işə tam hazırıq”, - Yadrov vurğulayıb.

Halbuki, hadisə şahidlərinin ifadələrindən aydın olur ki, qəzaya uğrayan təyyarə saat 8.16-ya qədər Qroznı hava limanına üç eniş cəhdi edib. Cəhdlerin heç birində ekipaj sıx duman səbəbindən eniş zolağını görə bilməyib. 8.16 laynerin komandiri yaxınlıqdakı başqa bir hava limanını seçmək qərarına gəlir. 08.17-də isə təyyarə ilk zərbəni alır. Bunun ardınca isə təyyarəyə daha iki zərbə dəyir. Zərbələrin təsirindən təyyarənin hidravlik sistemi, yəni qanadların hərəkəti ilə layneri idarə edən sistem siradan çıxır. Ona görə də pilot təyyarəni yüklənmə mərkəzini dəyişməklə idarə etməyə başlayır. Yeri gəlmişkən, video-gotüntülərdə ona görə mərhum bələdçi Hökümə Əliyeva pilotun göstərişi ilə sərnişinlərə yerlərini dəyişib, qabağa gəlməyi əmr edir.

Yalnız saat 8.21-də, yəni təyyarə vurulduqdan 5 dəqiqə sonra Qroznı üzərində "Xalça" planı rejiminin tətbiq edildiyi elan olunur.

Hərbi ekspert Üzeyir Cəfərov baki-xeber.com saytına məsələni şərh edərək bildirib ki, "xalça" planı rejimi aviasiyada hava məkanının bağlı olması deməkdir: "Bu rejim elan edilərkən havada olan bütün təyyarələr ya eniş etməlidir, ya da bu rejim elan edilən hava məkanının hüdudlarından çıxmalıdır. Bunu onunla əlaqələndiriblər ki, adətən havalar soyuq olanda döşəməyə xalca sərib, komfort yaradırlar, burda isə hava məkanını boşaldıb HHM sistemlərinə komfort yaradırlar.

Qeyd edim ki, hazırda Rusiya tərəfi bu məsələdən kifayət qədər sui-istifadə edir. Ukrayna dronlarını dövriyyəyə buraxıblar, guya dron hücumuna görə hava məkanının bağlı olduğunu iddia edirlər. Rusiya gümani gələn bütün yalanları uydurur. Əgər hava məkanı bağlı olubsa, niyə pilot 3 dəfə eniş etməyə cəhd göstərib? Pilot bilsəydi ki, hava məkanı bağlıdır dərhal geri dönərdi. Ekipajın dispetçerlə deşifrə edilmiş danışığında da bu məsələyə rast gəlinmir.

Fikrimcə, təyyarə təsadüfən HHM sistemlərinin mərmisinə tuş gəldikdən sonra məqsəd onu vurub dənizə salmaq olub. Bunu başa düşən qəhrəman pilotumuz İqor Kşnyakin təyyarənin naviqasiya sistemini söndürüb ki, təyyarəni izləyib vura bilməsinlər. Uzun illərin təcrübəsinə malik pilot Xəzər dənizi üzərində xeyli məsafə qət etdikdən sonra naviqasiya sistemini yenidən işə salıb. Naviqasiya sistemi zərbə nəticəsində sıradan çıxsaydı onu göydə bərpa etmək mümkün olmazdı. Bundan sonra pilot Aktau istiqamətinə yönəlib. Şimali Qafqazda heç bir hava limanı təyyarəni qəbul etmədiyinə görə pilot nə baş  verdiyini anlayıb.

Hazırda istintaq gedir, yəqin bütün suallara dəqiq cavab tapılacaq. Amma qeyd edim ki, bu təyyarə ekipajı aviasiya tarixində böyük bir qəhrəmanlığa imza atdı. Həm pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həm də baş bələdçi Hökumə Əliyeva mətinlik göstərərək axıra qədər mübarizə aparıb və 29 sərnişinin həyatını xilas edə biliblər. Allah bütün həlak olanlara rəhmət eləsin, yaralananlara isə şəfa versin".

Dəniz NƏSİRLİ





Seçilən
17
baki-xeber.com

1Mənbələr