“Humayun” sosial problemlərin həllinə kömək ictimai birliyi “Yurdum” sosial eko-kənd” layihəsinin icrasını uğurla davam etdirir.
23 dekabr 2024-cü il tarixində layihənin benefisiarları üçün yeni il öncəsi möhtəşəm və unudulmaz bir şənlik keçirilib. Valideynlərin də iştirakıyla birgə keçirilən tədbirdə iştirakçılar üçün müxtəlif əyləncəli oyunlar, rəqs, mahnı və musiqi çıxışlar təşkil olunub.
Şənliyin əsas məqsədi, hər kəsə bərabər şəkildə sevinc və bayram ovqatı bəxş etmək, onların cəmiyyətin ayrılmaz hissəsi olduğunu hiss etdirmək idi.
Şənlikdən öncə iştirakçılar üçün xüsusi yeni il fotosessiyası da təşkil edilib.
Təşkilatçılar bildiriblər ki, bu cür tədbirlər xüsusi qayğıya ehtiyacı olan insanların yeni il sevincini yaşamasına və onların cəmiyyətdəki rolunun vurğulanmasına şərait yaradır.
Şənlik iştirakçıların və onların yaxınlarının böyük razılığı ilə qarşılandı. Onlar bu unikal təşəbbüsə görə təşkilatçılara və könüllülərə təşəkkürlərini bildiriblər.
İştirakçılar, şənliyin yalnız əyləncəli deyil, həm də mənəvi baxımdan zəngin olduğunu qeyd ediblər.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilmiş “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili” adlı tenderin qalibi olub.
"Cebheinfo.az"