AZ

Sergey Lavrov Bayramovla danışdı, başsağlığı verdi - XİN-dən açıqama

Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Seçilən
31
39
mia.az

10Mənbələr