AZ

Təyyarə qəzasında həlak olanların hamısının şəxsiyyəti hələlik müəyyən edilməyib - Bozumbayev

“Təyyarə qəzasında həlak olanların hamısının şəxsiyyəti hələlik müəyyən edilməyib. Hazırda genetik tədqiqatlar davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinq zamanı bildirib.

O qeyd edib ki, ekspertiza bizə dəqiq cavablar verməlidir: “Ekspertizanın nəticələrinə əsasən ictimaiyyəti - həm Qazaxıstanı, həm də dünyanı məlumatlandıracağıq. Bütün hallar barədə məlumat verəcəyik. Araşdırma zamanı beynəlxalq qaydalara və normalara riayət ediləcək.

Bu, ilk növbədə Çikaqo Konvensiyası və ICAO normalarıdır".

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr