AZ

Nissan Leaf təkrar bazarda ən populyar elektrik avtomobili oldu

…2024-cü ilin noyabrında ruslar 1168 işlənmiş elektrik avtomobili alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (801 avtomobil) 46 faiz çoxdur.

SİA xəbər verir ki, məlumatı “AUTOSTAT” analitik agentliyi təqdim edib.

Satışların əsas payı, bazarın təxminən 70 faizi üç markanın payına düşüb: Nissan - 493 avtomobil, Tesla - 158 avtomobil və Zeekr - 147 avtomobil.

Təkrar bazarda satış lideri Nissan Leaf olduub

Yaponlardan sonra daha bahalı Zeekr 001 - 91 avtomobil satılır. Ən çox satışda həmçinin Tesla Model 3 (72 ədəd), Tesla Model Y (37 ədəd) və Rusiyanın elektrikli avtomobili Evolute i-PRO (68 ədəd) olub.

2024-cü ilin ilk 11 ayının nəticələrinə əsasən, Rusiyada 10,8 min işlənmiş elektrik avtomobili satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Nazlı Almuradova

Seçilən
7
sia.az

1Mənbələr